56 yaşında futbol tarixinə düşdü
23.04.2023 - 12:09
“Oliveyrense”nin futbolçusu Kazuyoşi Miura Portuqaliya futbolunun tarixinə düşüb.
Apasport.az saytı xəbər verir ki, 56 yaşlı yaponiyalı hücumçu bu uğura II liqanın “Akademiko Vizeu” – “Oliveyrense” (1:4) matçında iştirak etməklə nail olub.
Matçın 90-cı dəqiqəsində meydana daxil olan Miura
bununla da Portuqaliya tarixinin ən yaşlı futbolçusu olub. O, 56 yaş 24 günlüyündə komandasına köməklik edib.
Qeyd edək ki, "Oliveyrense" Miuranın 1986-cı ildə başladığı karyerasında 16-cı klubdur.
0
0