Abubakar geri döndü
10.01.2024 - 15:55
Abubakar geri döndü

"Beşiktaş "ın heyətindən kənarlaşdırılan futbolçulardan Vinsent Aboubakar təxminən 1 aya yaxın fasilədən sonra meydanlara qayıdıb.

Apasport.az xəbər verir ki, o,Kamerun yığmasının Zambiya ilə yoldaşlıq oyununda çıxış edib.

Futbolçu hazırda yanvarın 13-dən fevralın 11-dək Kot d-İvuarda keçiriləcək Afrika Millətlər Kuboku üçün millinin düşərgəsindədir. 

Qeyd edək ki, 31 yaşlı forvard İstanbul təmsilçisi 1 aydan çox məşqləri buraxdığı üçün heyətdən uzaqlaşdırılıb. 

 

writer photo
Əlirza Əlirzalı
0