Adına baxdı və qazandı
07.08.2022 - 15:49
Adına baxdı və qazandı

Futbol oyunlarına mərclər daim qeyri-adi uduşlarla zəngin olub.

Apasport.az saytının məlumatına görə, belə hadisələrdən biri Böyük Britaniyanın Şeppi şəhərində yaşanıb.

Klubların adlarından, hətta futboldan xəbəri olmayan 59 yaşlı qadın mərc oyunları kontorunda bəxtini sınamaq istəyib. 1 funt sterlinqindən keçən şəhər sakini 12 matçdan ibarət ekspress kupon yazıb.

Bu görüşlərdə üz-üzə gələn komandaları tanımayan xanım onların adlarını səsləndirib, hansının dilinə yatdığına, daha şirin gəlməsinə əsaslanıb. Nəticədə 12 oyundan yalnız birində favoritə üstünlük verən qadın 11 görüşdə şanssız tərəfin qələbəsinə mərc gəlib.

Bu səbəbdən də kuponun əmsalı 574000 bərabər olub. Sensasiyaların bol olduğu həmin gün Şeppi sakini də zənginləşib. O, 1 funtluq qoyuluşla 574 min qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0