Alaba ən yaxşı seçildi
08.10.2022 - 17:00
Alaba ən yaxşı seçildi

“Real”ın futbolçusu David Alaba növbəti mükafatını qazanıb.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Avstriyanın ən yaxşı idmançısı adına layiq görülüb.

Alaba Niki Lauda mükafatına sahib çıxıb. Bu mükafat əfsanəvi avtomobil pilotunun adını daşıyır.

David bu uğuru 3-cü dəfə qazanıb. O, 2013-cü və 2014-cü illərdə də ən yaxşı seçilib. O, 8 dəfə ilin futbolçusu adını əldə edib.

Qeyd edək ki, Alaba səsvermədə Pekin-2022-nin olimpiya çempionları Mattias Mayer və Yohannes Ştroltsu qabaqlayıb.

writer photo
Əlirza Əlirzalı
0