Aleks de Souza "Antalyaspor"da texniki heyətini açıqlayıb
30.05.2024 - 14:33
Aleks de Souza "Antalyaspor"da texniki heyətini açıqlayıb

Super Liqa komandalarından "Antalyaspor" yeni baş məşqçisi Aleks de Souza ilə müqavilə imzalama mərasimi təşkil edib.

Apasport.az xəbər verir ki, Aleks tədbirdə texniki heyəti haqqında məlumat verib.

"Semih Şentürk bizim məşqçi komandamızda olmayacaq. Braziliyadan 2 köməkçi məşqçi gətirəcəm. Bundan əlavə, Mehmet Aurelio texniki komandamızda olacaq.

Rəqiblərlə ciddi mübarizə apara bilən, balanslı, azarkeşləri stadiona gətirəcək komanda yaratmaq istəyirəm. Sistemlə bağlı danışmaq üçün hələ tezdir. Təbii ki, ağlımda nəsə var". 

writer photo
Əlirza Əlirzalı
0