Aleks Morenonun yeni ünvanı bəlli olub
22.08.2024 - 14:15
Aleks Morenonun yeni ünvanı bəlli olub

Adı Türkiyənin "Beşiktaş" və "Qalatasaray" klubları ilə də birgə çəkilən Aleks Morenonun yeni ünvanı bəlli olub.

Apasport.az xəbər verir ki, futbolçu yeni mövsümü icarə əsasında "Nottingem Forest"də keçirəcək.

Moreno müqavilə ilə "Aston Villa"ya məxsusdur. Onun icarə müddəti başa çatdıqdan sonra "Nottingem Forest"ə birdəfəlik transfer ediləcəyi gözlənilir. 

Qeyd edək ki, 31 yaşlı ispan futbolçunun bazar dəyəri 13 milyon avro olaraq qiymətləndirilir. 

writer photo
Əlirza Əlirzalı
0