"Alman nəhəngi"ndən yeni transfer
14.11.2023 - 21:20
"Alman nəhəngi"ndən yeni transfer

Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirəcək.

Apasport.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "alman nəhəngi" Avstraliyanın "Adelayd Yunayted" klubundan Nestori İrankundanın keçidini rəsmiləşdirəcək.

17 yaşlı hücumçu 2024-cü il iyulun 1-də "Bayern"ə qoşulacaq və onunla uzunmüddətli müqavilə imzalanacaq.

Qeyd edək ki, Nestori İrankunda Avstraliyanın U-17 millisinin də formasını geyinib.

writer photo
Əlirza Əlirzalı
0