Almaniya millisindən Naqelsmanna 3 illik müqavilə təklifi
15.09.2023 - 09:57
Almaniya millisindən Naqelsmanna 3 illik müqavilə təklifi

Yulian Naqelsmann Almaniya millisinə rəhbərlik edə bilər.

Apasport.az saytı xəbər verir ki, Almaniya Futbol İttifaqı "Leypsiq" və "Bavariya"nın sabiq baş məşqçisi ilə danışıqlara başlayıb. 

Müzakirələrin müsbət yöndə davam etdiyi və razılaşmanın əldə olunma ehtimalının yüksək olduğu qeyd olunur. 36 yaşlı mütəxəssisə müddəti 2026-cı ildə bitəcək müqavilə təklif olunub.

Qeyd edək ki, Naqelsman bu ilin martında “Bavariya”dan ayrıldıqdan son işsizdir.
 

writer photo
Əlirza Əlirzalı
0