Almaniya millisinin əfsanəvi hücumçusu “Nürnberq”ə baş məşqçi təyin edildi
11.06.2024 - 13:54
Almaniya millisinin əfsanəvi hücumçusu “Nürnberq”ə baş məşqçi təyin edildi

Almaniya millisinin əfsanəvi hücumçusu Miroslav Kloze ölkəsinin “Nürnberq” komandasının yeni baş məşqçisi təyin olunub.

Apasport.az xəbər verir ki, bu barədə II Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. Onunla bağlanan müqaviləni detalları açıqlanmayıb.

46 yaşlı dünya çempionu daha əvvəl “Bavariya”nın U-17 komandasına, Almaniyanın gənclərdən ibarət yığmasına və Avstriyanın “Altax” klubuna rəhbərlik edib.

Qeyd edək ki, Miroslav Kloze dünya çempionatlarında vurduğu qol sayına (16) görə rekordçudur.

writer photo
Əlirza Əlirzalı
0