Almaniya millisinin yeni formasında 44 nömrə qadağan edilib
01.04.2024 - 16:58
Almaniya millisinin yeni formasında 44 nömrə qadağan edilib

"Adidas" 44 nömrəli yeni alman formalarının buraxılmasını qadağan edib.

Apasport.az xəbər verir ki, bunun səbəbi yeni dəstdə rəqəmlərin yazılması üçün istifadə edilən şriftdir. Bu şriftdəki 44 rəqəmi nasist simvollarından birinə bənzəyir.

"Adidas" artıq 44 nömrəli köynəklərin istehsalının qadağan edilməsi qərarını təsdiqləyib.

Qeyd edək ki, Almaniya millisi Avropa çempionatında mübarizə aparacaq. Turnirin qrup mərhələsində Yulian Naqelsmanın komandasının rəqibləri Şotlandiya, Macarıstan və İsveçrə olacaq. 

writer photo
Əlirza Əlirzalı
0