Alonso “Barselona”da qalacaq
26.08.2023 - 11:29
Alonso “Barselona”da qalacaq

“Barselona”nın futbolçusu Markos Alonsonun durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu müdafiəçisini heyətində saxlayacaq.

La Liqada oynaması üçün qeydiyyata alınmayan futbolçunun probleminin həll olunacağı gözlənilir. “Barselona”nın baş məşqçisi Xavi də Markosdan razıdır. Bu üzdən klub rəhbərliyi onun qeydiyyata salınması üçün çalışır.

32 yaşlı müdafiəçi ötən yay azad agent kimi “Barselona”ya keçib. Bunadək “Çelsi”də oynamış futbolçunun müqaviləsi 2024-cü ilin yayında bitəcək.

Qeyd edək ki, Alonsonun transfer qiyməti 5 milyon avroya bərabərdir.
 

writer photo
Əlirza Əlirzalı
0