“Sevilya” sabiq baş məşqçisini qaytarır
06.10.2022 - 13:58
“Sevilya” sabiq baş məşqçisini qaytarır

“Sevilya”nın yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu vəzifəyə Xorxe Sampaoli təyin olunacaq.

Son iş yeri “Marsel” olan mütəxəssisin təyinatı yaxın müddətdə rəsmiləşəcək. Argentinalı çalışdırıcı ilə 2 mövsümlük müqavilə imzalanacaq.

Sampaoli 2016-17-ci illərdə də “Sevilya”ya rəhbərlik edib. O, “Marsel”dən bu yay ayrılıb.

Qeyd edək ki, “Sevilya” Çempionlar Liqasında Dortmund “Borussiya”sına uduzduqdan sonra Xulen Lopeteqini istefaya göndərib.

writer photo
Əlirza Əlirzalı
0