FİFA-dan Pele ilə bağlı federasiyalara ÇAĞIRIŞ
03.01.2023 - 10:44
FİFA-dan Pele ilə bağlı federasiyalara ÇAĞIRIŞ

FİFA dünya futbolunun əfsanəsi Pelenin adının əbədiləşdirilməsi üçün təklif irəli sürüb. 

Apasport.az xəbər verir ki, qurumun prezidenti Canni İnfantino bununla bağlı federasiyalara çağırış edib. 

O bildirib ki, braziliyalı futbolçunun adını əbədiləşdirmək üçün hər ölkədə ən az bir stadionun üçqat dünya çempionunun adını daşımasını istəyirlər və bununla bağlı işlərə başlayıblar.

Qeyd edək ki, Pele 82 yaşında uzun sürən xəstəlikdən vəfat edib. 

writer photo
Əlirza Əlirzalı
0