Alvaro Morata şirkət sahibi olub
28.01.2024 - 23:52
Alvaro Morata ticarətə girməyə qərar verib.
Apasport.az xəbər verir ki, 31 yaşlı hücumçu və onun dostu, iş adamı Pablo Nuno 60 milyon avroya “Manolo Bakes” kafelər şəbəkəsinin səhmlərini alıblar.
Karyerasını Madrid “Atletiko”sunda davam etdirən forvardın konkret nə qədər məbləğ xərclədiyi açıqlanmır.
Qeyd edək ki, “Manolo Bakes”, Manolitos kruassanları istehsal edib, İspaniyada gündə 60 mindən çox miqdarda məhsul satan kafelər şəbəkəsidir.
Şirkətin hazırda 40-dan çox filialı fəaliyyət göstərir, lakin 2024-cü ilin sonuna kimi onların sayı 70-ə qədər arta bilər.
0
0