Kolumbiyalı müğənni Şakira ilə “Barselona”nın müdafiəçisi Jerar Pike arasındakı qalmaqal getdikcə böyüyür.
Apasport.az saytının məlumatına görə, yenicə ayrılan cütlük indi də övladlarını paylaşa bilmir.
Müğənni oğulları Saşa və Milanı özü ilə Mayamiyə aparmaq, futbolçu isə bunun qarşısını almaq istəyir. Şakira ilə Pike bu yaxınlarda sülh yolu ilə həll tapmaq üçün bir araya gəlsələr də, Pike uşaqları buraxmayacağını söyləyib. Şakira da onu şəxsi həyatının bəzi sirlərini və hələ də məlum olmayan təfərrüatlarını ictimaiyyətə açıqlamaqla hədələyib.
Şakiranın Barselonadan ayrılmaq fikrinin səbəblərindən biri Pikedən və ailəsindən uzaq olmaq istəməsidir. Müğənni indi futbolçunun nüfuzuna zərbə vurmaq üçün hüquqşünaslar komandası ilə sıx əməkdaşlıq edir.
Qeyd edək ki, Jerar Pike ilə Şakira 2011-ci ildən bir yerdə olsa da, rəsmi olaraq evlənməyib. İyunun 4-də müğənninin nümayəndələri cütlüyün ayrıldığını açıqlayıb. Bu ayrılığa səbəb isə 35 yaşlı müdafiəçinin xəyanəti göstərilib. 45 yaşlı müğənni Pikeni başqa bir qadınla yataqda yaxalayıb. İddialara görə, həmin qadın Pikenin 17 yaşlı komanda yoldaşı Qavinin anası olub.