Alvesi 12 ilədək həbs gözləyir – məhkəmənin vaxtı
19.06.2023 - 10:12
Alvesi 12 ilədək həbs gözləyir – məhkəmənin vaxtı

Təcavüzdə ittiham edilən braziliyalı futbolçu Dani Alvesin məhkəməsinin vaxtı bəlli olub. 

Apasport.az saytı xəbər verir ki, həbsdə olan müdafiəçi payızda hakim qarşısına çıxacaq.

Dəqiq tarix açıqlanmasa da, məhkəmənin oktyabr-noyabr aylarında baş tutacağı gözlənilir.

Futbolçu 2022-ci ilin dekabrın sonunda Barselonadakı gecə klubunda baş verdiyi güman edilən cinsi təcavüzdə ittiham olunur. Braziliyalının günahı sübuta yetirilərsə, onu 6 ildən 12 ilə qədər həbs cəzası gözləyir.

writer photo
Əlirza Əlirzalı
0