Amal üçün QİSAS
13.12.2022 - 15:54
Amal üçün QİSAS

Portuqaliyanın DÇ-2022-də mübarizəni 1/4 finalda dayandırması müxtəlif mülahizələrə əsas verib.

Apasport.az saytının məlumatına görə, Mərakeş yığmasının qələbəsi Amal Saber üçün Krişatiano Ronalıdodan alınan qisas kimi də dəyərləndirilir. 

Afrika ölkəsinin keçmiş paytaxtı Mərakeşdə “Pestana CR7” oteli olan Kriştiano modellə qısamüddətli münasibət qurub. 2014-cü ildə İrina Şeyklə sevgili olduğu müddətdə “Real”da çıxış edən hücumçunun yolları Amalla kəsişib.

Xatirələrini bölüşən mərakeşli model Ronaldo ilə Madrid restoranlarının birində tanış olduğunu bildirib. Futbolçu ona qeyri-standart təklif edərək evinə itlərinə baxmağa çağırıb.

Saber Ronaldo ilə Şeykin münasibətlərini bilsə də, təklifi qəbul edib: “O, mənim öyrəşdiyim kimi davranırdı. Ronaldo oyun qaydalarını əla başa düşürdü. Mənə deyirdi ki, sarışınları sevmirəm, amma səndən xoşum gəlir. Biz yaxşı anlaşırdıq. Mən bir az içdim. Amma yadımdadır ki, onun evində trenajor zalı, bar və cakuzi var indi. Sonra biz yataq otağına getdik. Orada böyük televizor, yanında isə İrina Şeykin şəkli var idi. Yemişli şampan içdik. Heç birimiz o gecəni unutmayacağıq. Xüsusi gecə idi. Bir-birimizlə çox incə davranırdıq. Səhər saat 5-də Kriştianonun dostu məni evimə apardı”.

Lakin bu onların yeganə görüşü olub. Amal Ronaldoya sosial şəbəkələrdə nə qədər yazsa da, portuqaliyalı ona cavab verməyib. Hücumçu təxminən bir il sonra isə İrina Şeyklə də ayrılıb.

Qeyd edək ki, Ronaldo Mərakeşlə qarşılaşmada (0:1) sonradan meydana çıxıb.

writer photo
Əlirza Əlirzalı
0