Ançelottidən yeni rekord
13.12.2023 - 11:37
Ançelottidən yeni rekord

Karlo Ançelotti daha bir rekorda imza atıb.

Apasport.az xəbər verir ki, Madrid “Real”ının baş məşqçisi Çempionlar Liqasındakı qələbə sayında 
qabaqlayıb.

Paytaxt klubu səfərdə Berlin "Union"unu 3:2 hesabı ilə məğlub edib. Bu, italiyalı mütəxəssisin “Kral klubu”nun sükanı arxasında sayca 42-ci qələbəsi olub. O, komandanın əfsanəvi məşqçilərindən olan Miqel Munyosun qitənin bir nömrəli klub turnirindəki rekordunu yeniləyib. 

Qeyd edək ki, Ançelotti Çempionlar Liqasında “Qalaktikos”la 56, Munyos isə 71 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0