Ansu Fatiyə Premyer Liqadan təklif
30.08.2023 - 14:26
Ansu Fatiyə Premyer Liqadan təklif

İspaniya millisinin və “Barselona”nın futbolçusu Ansu Fati İngiltərədən təklif alıb.

Apasport.az saytının məlumatına görə, cinah yarımmüdafiəçisi “Tottenhem”in hədəfindədir.

Londonlular onu icarəyə götürmək istəyir. Baş məşqçi Xavi də Fatinin bir mövsümlük icarəsinə icazə verib. “Barselona” rəhbərliyi 20 yaşlı futbolçunun maaşının tam şəkildə “Tottenhem” tərəfindən ödənilməsini istəyir. Onun illik maaşı 10 milyon avrodur.

Qeyd edək ki, Ansu “Barselona”da 112 oyunda 29 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0