Arauxo Premyer Liqa klubuna keçib
13.08.2024 - 20:29
Arauxo Premyer Liqa klubuna keçib

"Barselona"nın sağ cinah müdafiəçisi Xulian Arauxo Premyer Liqaya transfer edilib.

Apasport.az xəbər verir ki, 23 yaşlı Arauxo karyerasını "Bornmut" klubunda davam etdirəcək.

Yeni transfer ingilislərə 10 milyon avroya başa gəlib. Arauxo ilə 2029-cu ilə qədər müqavilə imzalanıb. 

Qeyd edək ki, meksikalı futbolçu ötən mövsümü icarə əsasında "Las Palmas"da keçirib.

writer photo
Əlirza Əlirzalı
0