"Arsenal" çempionluq yolunda vacib xal itirdi
16.04.2023 - 19:00
"Arsenal" çempionluq yolunda vacib xal itirdi

İngiltərə Premyer Liqasının XXXI turu çərçivəsində "Arsenal" xal itirib.

Apasport.az xəbər verir ki, ötən tur "Liverpul"la səfərdə 2:2 oynayan "Arsenal" bu dəfə eyni ssenari ilə London derbisində qarşılaşıb.

Komanda "Vest Hem"lə "səfər" görüşündə 2:0 öndə olsa da, hesabı qoruya bilməyib. Bukayo Saka isə 52-ci dəqiqədə penaltidən yararlanmağı bacarmayıb.

Qeyd edək ki, hazırda lider "Arsenal"la 2-ci pillədəki "Mançester Siti"ni cəmi 4 xal ayırır. "Şəhərlilər" "topçular"dan 1 oyun az keçirib.

writer photo
Əlirza Əlirzalı
0