"Beşiktaş" Qaziantepdə büdrədi
25.12.2022 - 19:28
"Beşiktaş" Qaziantepdə büdrədi

Türkiyə Super Liqasının XV turunda daha bir İstanbul klubu büdrəyib.

Apasport.az-ın xəbərinə görə, "Beşiktaş" Qaziantep səfərində xal itirib.

"Qara qartallar" "Qaziantep"dən braziliyalı Joao Fiqeyredonun (71) vurduğu qola xüsusən dünya çempionu Argentinanın qapısına 2 dəfə yol tapdıqdan sonra məşhurlaşan Niderland millisinin hücumçusu Vaut Vexorstun qolu ilə cavab verib. Bu, "Beşiktaş"ın matç ərzində çərçivəyə vurduğu yeganə zərbə olub. Bu nəticədən sonra "Beşiktaş" 23 xalla 7-ci sırada qərarlaşıb.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyunda "Qalatasaray" derbidə "İstanbulspor"u məğlub etsə, əzəli rəqibi "Fənərbağça"nı liderlikdən salacaq.

writer photo
Əlirza Əlirzalı
0