Arda Gülər İngiltərəyə köçə bilər
04.01.2023 - 10:23
Arda Gülər İngiltərəyə köçə bilər

“Fənərbaxça”nın gənc futbolçusu Arda Gülər karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytı xəbər verir ki, 17 yaşlı futbolçu “Lester”in maraq dairəsinə düşüb.

Türkiyə milli komandasına da dəvət olunan futbolçu üçün ingilislər İstanbulda “Fənərbaxça” rəsmiləri ilə də görüşüb. Lakin hələlik yekun cavab verilməyib. 

Qeyd edək ki, Arda bu mövsüm 13 oyunda 3 qol və 1 assist edib.
 

writer photo
Əlirza Əlirzalı
0