Arda Gülərdən şad xəbər
05.10.2023 - 16:42
Arda Gülərdən şad xəbər

Arda Gülərdən şad xəbər var.

Apasport.az xəbər verir ki, Madrid “Real”ının 18 yaşlı futbolçusu zədə səbəbindən hələ də oyunlara çıxa bilməyib. 

Klubdan verilən açıqlamada hücumameyilli yarımmüdafiəçinin komandanın bu günkü məşqlərində iştirak etdiyi bildirilib. Baş məşqçi Karlo Ançelottinin heyətdə görmək istədiyi türk futbolçunun qışda icarəyə verilməyəcəyi deyilir.

Qeyd edək ki, Arda Gülər “kral klubu”na mövsümün əvvəlində “Fənərbaxça”dan transfer edilib.

writer photo
Əlirza Əlirzalı
0