Ardıcıl 8-ci məğlubiyyət
24.11.2022 - 16:35
Ardıcıl 8-ci məğlubiyyət

Kamerunun dünya çempionatlarındakı məğlubiyyət seriyası 8 oyuna çatıb.

Apasport.az saytının məlumatına görə, afrikalılar DÇ-2022-nin ilk turunda İsveçrəyə 0:1 hesabı ilə uduzub.

DÇ-2014-də Braziliya (1:4), Xorvatiya (0:4) və Meksika (0:1), DÇ-2010-da Niderland (1:2), Danimarka (1:2), Yaponiya (0:1), DÇ-2006-da Almaniyaya (0:2) məğlub olan kamerunluların son uğuru 20 il əvvəl qeydə alınıb. Həmin vaxt afrikalılar Səudiyyə Ərəbistanına 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Kamerun Rusiyadakı DÇ-2018-də iştirak etməyib.
 

writer photo
Əlirza Əlirzalı
0