Arsen Venger Premyer Liqanın qalibinin adını açıqladı
14.02.2023 - 13:00
Arsen Venger Premyer Liqanın qalibinin adını açıqladı

“Arsenal”a Premyer Liqada təhlükə yarada biləcək komandaların mübarizədən kənar qaldığını və yeganə təhlükənin “Mançester Siti” olduğunu düşünürəm”. 

Apasport.az saytının məlumatına görə, bunu “Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger deyib. 

FİFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri vəzifəsində çalışan 63 yaşlı fransız mütəxəssis London klubunun bu mövsüm İngiltərə çempionluğunu qazanacağına inanır. O bildirib ki, “Arsenal”ın bu yolda əsas rəqibi “Mançester Siti” olsa da, “şəhərlilər” əvvəlki güclərində deyillər: “Hətta “Mançester Siti” də keçən il və ya iki il əvvəlki kimi üstünlük təşkil etmir. Hiss edirəm ki, bu mövsümün onlar müdafiədə daha həssas olublar”. 

Qeyd edək ki, "Arsenal" Premyer Liqada 21 oyundan sonra 51 xalla turnir cədvəlinə başçılıq edir. "Topçular"ın ən yaxın izləyicisi 22 oyunda 48 xal toplayan "Mançester Siti"dir.

writer photo
Əlirza Əlirzalı
0