"Arsenal" "Barselona"nın braziliyalı futbolçusu ilə maraqlanır
05.03.2024 - 15:19
"Arsenal" "Barselona"nın braziliyalı futbolçusu ilə maraqlanır

"Barselona"nın hücumameyilli yarımmüdafiəçisi Rafinya İngiltərə Premyer Liqasına keçə bilər.

Apasport.az "Todofichajes" nəşrinə istinadla xəbər verir ki, "Arsenal" 27 yaşlı cinah oyunçusu ilə maraqlanır.

“Topçular”ın nümayəndələri yaxın bir neçə həftə ərzində danışıqlara başlamağı planlaşdırırlar. "Transfermarkt" braziliyalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir. Onun müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir.

Yarımmüdafiəçi bu mövsüm La Liqada 19 oyun keçirib. Braziliyalı 4 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

writer photo
Əlirza Əlirzalı
0