“Arsenal” Edeqorla danışıqlara başladı
03.06.2023 - 14:41
“Arsenal” Edeqorla danışıqlara başladı

“Arsenal” futbolçusu Martin Edeqorla müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, norveçli yarımmüdafiəçi ilə danışıqlara start verilib.

Hər iki tərəf anlaşmanın uzadılmasını istəyir. Bu üzdən İngiltərə klubu və 24 yaşlı futbolçunun yaxın müddətdə anlaşacağı gözlənilir.

Edeqor 2021-ci ildən “topçular”ın formasını geyinir. Onun indiki müqaviləsi 2025-ci ildə başa çatacaq.

Qeyd edək ki, Martin son mövsümün 45 oyununda 15 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0