AL: “Bayer” və “Atalanta” finalda - YENİLƏNİB
10.05.2024 - 00:59
AL: “Bayer” və “Atalanta” finalda - YENİLƏNİB

Bu gün UEFA Avropa Liqasının final cütü bəlli olub.

Apasport.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə İtaliya təmsilçisi "Atalanta" Fransanın "Marsel" klubunu qəbul edib. Komandalar arasındakı ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatsa da, bu dəfə İtaliya klubu 3:0 hesablı qələbə qazanaraq həlledici mərhələyə yüksəlib. 

İtaliyanın digər təmsilçisi "Roma" Almaniyada "Bayer"in qonağı olub. Bu cüt arasındakı ilk görüşdə Leverkuzen təmsilçisi 2 cavabsız qolla rəqibini üstələyib. Cavab oyununda 2:2 hesablı heç-heçə edən "Bayer, finala vəsiqə qazanıb. 

Avropa Liqası
Yarımfinalın cavab oyunları

9 may

“Bayer” (Almaniya) – “Roma” (İtaliya) 2:2
Qollar: Canluka Mançini, 82-öz qapısına. Yosep Stanişiç, 90+7 – Leandro Paredes, 43-pen; 66-pen.
İlk oyun – 2:0.

“Atalanta” (İtaliya) – “Olimpik” (Marsel, Fransa) 3:0
Qollar: Ademola Lukman, 30. Matteo Ruggeri, 52. Əl-Bilal Ture, 90+5.
İlk oyun – 1:1.

 

writer photo
Əlirza Əlirzalı
0