"Arsenal" gürcü futbolçunu istəyir
17.01.2023 - 20:40
"Arsenal" gürcü futbolçunu istəyir

"Napoli"nin gürcüstanlı vinqeri Xviça Kvaratsxeliya karyerasını "Arsenal"da davam etdirə bilər.

Apasport.az xəbər verir ki, “topçular” bu yaxınlarda “Çelsi”yə keçən ukraynalı futbolçu Mixail Mudriklə müqavilə bağlamaq fürsətini əldən verib. Ona görə də indi hücumu gücləndirmək üçün başqa variantlar nəzərdən keçirilir.

Lakin London klubunun rəhbərliyi başa düşür ki, Xviça Kvaratsxeliyanı əldə etmək çətin olacaq. Transferin təxmini məbləği 100 milyon avrodan çox ola bilər.

writer photo
Əlirza Əlirzalı
0