“Osasuna”nın danışılmış oyunlarda iştirakı sübut olunsa...
07.06.2023 - 21:43
“Osasuna”nın danışılmış oyunlarda iştirakı sübut olunsa...

UEFA “Osasuna”nın Konfrans Liqasında çıxışına qadağa qoya bilər.

Apasport.az saytı xəbər verir ki, artıq qurum bununla bağlı araşdırmalara başlayıb.

Pamplona klubunun adı 2013/14 mövsümündə danışılmış oyunlarda hallanır. Komandanın o vaxtkı prezidenti və direktorları “Betis”lə əlbirlikdə günahlandırılır. Razılaşmaya görə, “Betis” “Valyadolid”ə qalib gəlməli və “Osasuna”ya uduzmalı imiş. Hər şey planlaşdırıldığı kimi olub və Sevilya klubuna 400 min və 200 min avro ödənilib.

Qeyd edək ki, “Osasuna” başa çatan mövsümdə La Liqanı 7-ci pillədə başa vurub. UEFA klubu cəzalandırsa, onu Konfrans Liqasında “Atletik” əvəz edəcək.
 

writer photo
Əlirza Əlirzalı
0