PSJ italiyalı qolkiperi buraxmaq istəmir
07.05.2024 - 11:55
PSJ italiyalı qolkiperi buraxmaq istəmir

Fransa Liqa 1 çempionu PSJ Canluici Donnarumma ilə yeni müqavilə imzalamaq istəyir.

Apasport.az xəbər verir ki, Paris klubunun italiyalı qolkiperlə hazırkı sözləşməsi 2026-cı ilin yayına qədərdir. Tərəflər arasında danışıqlar mövsüm bitdikdən sonra başlanacaq.

Donnarumma 2021-ci ilin yayından PSJ-də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 40 oyuna çıxıb və 16 oyunda qapısını toxunulmaz saxlayıb. 

writer photo
Əlirza Əlirzalı
0