Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu komandanın baş məşqçisi Fernandu Santusdan narazıdır.
Apasport.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı hücumçu dünya çempionatının oyunlarında onun çox erkən əvəzləndiyini düşünür.
Mənbənin məlumatına görə, Portuqaliya Futbol Federasiyası (FPF) Ronaldunun narazılığına diqqət yetirmək fikrində olmadıqlarını, çünki komandanın yalnız dünya çempionatı oyunlarına və finala yüksəlməsi barədə düşündüklərini bildiriblər.
Qeyd edək ki, Fernandu Santus dünya çempionatının qrup mərhələsinin hər 3 oyununda Kriştianu Ronaldunu əvəzləyib. Qana millisi ilə qarşılaşmada (3:2) Kriştianu 88-ci dəqiqədə, Uruqvayla (2:0) 82-ci, Cənubi Koreya ilə qarşılaşmada (1:2) 65-ci dəqiqədə meydanı tərk edib. O, 3 oyuna cəmi 1 qol vurub. Həmin qol da penalti zamanı yerinə yetirilib.
DÇ-2022-nin 1/8 finalında Portuqaliya yığması İsveçrə yığması ilə qarşılaşacaq. Qarşılaşma dekabrın 6-da baş tutacaq və Moskva vaxtı ilə saat 22.00-da başlayacaq.