Flavinyo: “Neftçi”yə daha çox titullar lazımdır”
03.06.2023 - 11:46
Flavinyo: “Neftçi”yə daha çox titullar lazımdır”

“Neftçi”nin finalda “Qəbələ”yə qarşı oynayacağını bilirəm. Onlara uğurlar arzulayıram”.

Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq futbolçusu Flavinyo deyib.

Braziliyalı vaxtilə şərəfini qoruduğu Bakı klubunun Azərbaycan kubokunun finalında “Qəbələ”yə qarşı bugünkü görüşü barədə fikirlərini bildirib: “Ümidvaram ki, hər şey “Neftçi” üçün yaxşı alınacaq. Final heç vaxt asan olmur, fərqi yoxdur hansı komanda ilə qarşılaşırsan. İnanıram ki, “Neftçi” bu oyuna yaxşı hazırlaşacaq və kuboku qazanmaq üçün mübarizə aparacaq. Təbii ki, final oynamaq həmişə yaxşıdır”.

O, “Neftçi”yə uğur üçün yol göstərib: “Amma “Neftçi”yə daha çox titullar və Avropa Liqasında oynamaq lazımdır. Komanda qruplara vəsiqə qazanmışdı. Yenidən bunu etməyə çalışmalıdırlar. Əvvəlki vəziyyətə qayıtmaq üçün çox böyük dəyişiklik lazımdır”. 

Braziliyalı matçı izləyəcəyini də qeyd edib: “Sabahkı görüşün “Neftçi” üçün necə alınacağını görəcəyik. Ümid edək ki, “Neftçi” istədiyi kuboku qazanmağa bacaracaq. Oyuna baxacam və ürəyim bu komanda ilə birlikdə olacaq”.

Qeyd edək ki, “Neftçi” – “Qəbələ” matçı saat 20:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0