"Arsenal" hücumçusunu satacaq
23.03.2024 - 17:56
"Arsenal" hücumçusunu satacaq

London "Arsenalı"nın hücumçusu Eddie Nketiah daha çox oyun vaxtı əldə etmək üçün gələn yay klub qeydiyyatını dəyişəcək.

Apasport.az “Football Insider" nəşrinə istinadla bildirir ki, 24 yaşlı futbolçuya İngiltərə Premyer Liqasının digər klubları maraq göstərir.

Bu siyahıya "Kristal Palas", "Brentford" və "Vulverhempton" daxildir.

2023/2024 mövsümündə Eddi Nketiah 33 rəsmi oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Nüfuzlu “Transfermarkt” portalının ekspertləri Eddi Nketiyanı 30 milyon avro olaraq qiymətləndirirlər.

 

writer photo
Əlirza Əlirzalı
0