“Arsenal” yayda heyəti gücləndirməyi planlaşdırır.
Apasport.az saytı xəbər verir ki, London klubu Almaniya “Leypsiq”inin iki futbolçusuna elçi düşüb.
İngilislər yarımmüdafiəçilər Daniel Olmo və Dominik Sobosloinin oyununu izləməyə başlayıblar.
2020-ci ildən Almaniya klubunda çıxış edən Olmonun müqaviləsi gələn ilin yayına kimi nəzərdə tutulub. İspaniyalı futbolçu komandası ilə yeni razılaşma imzalamasa “Leypsiq” onu 30 milyon avroya satışa çıxaracaq.
22 yaşlı macar gənc oyunçu Sobosloi isə 2021-ci ildən Bundesliqada çıxış edir. Leypsiqlilər oyunçunu 70 milyon avrodan aşağı qiymətə satmaq istəmir.