“Arsenal” onu göndərdi
26.01.2023 - 10:00
“Arsenal” onu göndərdi

İngiltərə “Arsenal”ı müdafiəçi Sedrik Soareşi icarəyə verib.  

Apasport.az saytı xəbər verir ki, London klubunun 31 yaşlı portuqaliyalı futbolçusu mövsümün sonuna qədər “Fuhem”də oynayacaq.

Soareşin yeni komandası onun həftəlik təxminən 100 min funt-sterlinq olan maaşını da ödəyəcək.

Qeyd edək ki, 32 yaşlı müdafiəçinin "Arsenal"la müqaviləsi 2024-cü ilin iyununda bitir. Oyunçu bu mövsüm cəmi 4 oyuna çıxıb.

writer photo
Əlirza Əlirzalı
0