"Arsenal" onu icarəyə verdi
01.09.2023 - 17:52
"Arsenal" onu icarəyə verdi

"Arsenal" futbolçusunu icarəyə verib.

Apasport.az saytı xəbər verir ki, müdafiəçi Nuno Tavares mövsümün sonunadək “Nottingem Forest”in şərəfini qoruyacaq.

23 yaşlı portuqaliyalı ötən mövsümü icarə əsasında “Marsel”də keçirib. 39 matçda meydana çıxan arxa xətt oyunçusu 6 qol vurub.

Qeyd edək ki, Tavaresin "Arsenal"la müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

writer photo
Əlirza Əlirzalı
0