“Arsenal” “Santos”un hücumçusuna elçi düşdü
30.09.2023 - 13:26
“Arsenal” “Santos”un hücumçusuna elçi düşdü

“Arsenal” heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Markos Leonardonun xidmətində maraqlıdır.

“Santos”un hücumçusunun keçidini baş məşqçi Mikel Arteta istəyir. O, qışda hücum xəttinin güclənməsini zəruri sayır.

20 yaşlı futbolçu “Roma”nın da maraq dairəsində olub. Onun transfer qiyməti 17 milyon avrodur.

Qeyd edək ki, “Santos”da 155 matç keçirən Markos 50 qola imza atıb.

writer photo
Əlirza Əlirzalı
0