“Arsenal” transferlərə 230 milyon avro ayırdı
16.05.2023 - 13:21
“Arsenal” transferlərə 230 milyon avro ayırdı

“Arsenal” yay transferləri üçün 230 milyon avro ayırıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Mikel Arteta bu məbləğə istədiyi futbolçuları heyətə qata bilər.

İspaniyalı mütəxəssis Moyses Kaysedo (“Brayton”), Deklan Rays (“Vest Hem”), Musa Diabi (“Bayer”) və Rafinyanın (“Barselona”) xidmətində maraqlıdır. “Çelsi”dən Meyson Mauntun keçidi də London klubunun gündəmindədir.

Qeyd edək ki, “topçular” Premyer Liqanın 35 oyununda 81 xal toplayıb. Artetanın yetirmələri turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0