Millimiz Ermənistanı məğlub etdi
08.06.2024 - 12:23
Millimiz Ermənistanı məğlub etdi

Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsində Ermənistan millisi ilə üz-üzə gəlib. 

Apasport.az xəbər verir ki, yığma ilk matçında qələbə qazanıb. Komandamız rəqibini 21:9 hesabı ilə üstələyib.

Qeyd edək ki, Azərbaycan millisi bu gün Kosovo və Kiprlə də üz-üzə gələcək. Qadınlardan ibarət yığma isə Malta və Lüksemburqu sınağa çəkəcək.

writer photo
Əlirza Əlirzalı
0