“Arsenal” yeni müqaviləyə hazırlaşır
10.06.2023 - 17:50
“Arsenal” yeni müqaviləyə hazırlaşır

“Arsenal” bir futbolçusu ilə müqavilənin müddətini artıracaq.

Apasport.az saytı xəbər verir ki, İngiltərə təmsilçisi 22 yaşlı mərkəz müdafiəçisi Uilyam Saliba ilə yoluna davam etməyə qərar verib. 

2019-cu ildən “topçular”ın şərəfini qoruyan Fransa millisinin üzvü də Londonda xoşbəxt olduğunu vurğulayıb. Komandası ilə razılaşması gələn il bitəcək Saliba danışıqların ilkin mərhələsinin yaxşı keçdiyini bildirərək, yeni müqavilə üçün hər şeyin hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, son mövsümdə 33 matça çıxan müdafiəçi 3 dəfə fərqlənə bilib.

writer photo
Əlirza Əlirzalı
0