"Arsenal"dan 15 milyonluq transfer həmləsi
25.01.2024 - 14:48
"Arsenal"dan 15 milyonluq transfer həmləsi

"Arsenal" heyətini gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, London klubu "Boka Xuniors"un yarımmüdafiəçisi İqnasio Fernandesi gözaltı edib.

“Topçular”ın skautları tərəfindən müsbət raport alan klub rəhbərliyi, 21 yaşlı argentinalının transferi üçün qarşı tərəflə danışıqlara başlayıb. Keçidin 15 milyon avro qarşılığında reallaşacağı gözlənilir.

Qeyd edək ki, ötən ilin yanvar ayından “Boka Xuniors”un əsas heyətinə qoşulan Ernandes karyerası ərzində iştirak etdiyi 88 rəsmi oyunda 3 məhsuldar ötürmə ilə fərqlənib.

writer photo
Əlirza Əlirzalı
0