“Arsenal”dan London derbilərində İLK
13.03.2023 - 15:09
“Arsenal”dan London derbilərində İLK

“Arsenal” İngiltərə Premyer Liqasında bir ilkə imza atıb.

Apasport.az saytı xəbər verir ki, “topçular” ardıcıl 5 səfər derbisində London klublarına qalib gələn ilk klub olub.

Mikel Artetanın yetirmələri “Fulhem” (3:0), “Tottenhem” (2:0), “Çelsi” (1:0), “Brentford” (3:0) və "Kristal Pelas"ı (2:0) məğlub edib.     

Qeyd edək ki, “Arsenal” 27 oyundan topladığı 66 xalla turnir cədvəlinin zirvəsində yer alır. Çempionatın bitməsinə 11 tur qalmış komanda ən yaxın rəqibi “Mançester Siti”ni 5 xal qabaqlayır.

writer photo
Əlirza Əlirzalı
0