“Arsenal”dan "Trabzonspor"a
08.09.2023 - 16:00
“Arsenal”dan "Trabzonspor"a

“Arsenal”ın futbolçusu Nikolas Pepe karyerasını Türkiyədə davam etdirəcək. 

Apasport.az saytı xəbər verir ki, London klubunun hücumçusu "Trabzonspor"la danışıqları müsbət yekunlaşdırıb.

28 yaşlı hücumçu tibbi müayinədən keçmək üçün İstanbula gəlib. Fil dişi Sahili yığmasının üzvü Qara dəniz təmsilçisi ilə 1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, karyerası ərzində 300 matçda iştirak edən forvard 86 qol və 44 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0