FIFA “Bursaspor”a transfer qadağası qoydu – Namik Ələskərov səbəbkar oldu
05.10.2022 - 16:35
FIFA “Bursaspor”a transfer qadağası qoydu – Namik Ələskərov səbəbkar oldu

Türkiyə klubu “Bursaspor” sanksiya ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, aşağı liqa təmsilçisi FIFA tərəfindən transfer qadağasına məruz qalıb.

Vaxtilə Super Liqa çempionu olan, hazırda isə TFF II Liqada çıxış edən bursalılar qarşıdakı iki transfer dönəmində heyətinə yeni futbolçu cəlb edə bilməyəcək. Buna sabiq futbolçu Luka Çapanın pulunun ödənilmədiyi üçün FIFA-ya şikayət etməsi əsas səbəb olub.

“Timsah”ın Azərbaycan millisinin hücumçusu Namik Ələskərovla müqaviləsinə sadiq qalmamasının da bu qərara təsiri olub. Bəyanatda bildirilib ki, Ələskərov və Çapa ilə yanaşı, yaxın keçmişdə Tim Matavz və Riqi Ofosu Baahın da sözləşməsi birtərəfli şəkildə ləğv edilib. “Bursaspor”da bu hal ardıcıl olaraq bir neçə dəfə təkrarlandığından, FIFA kluba transfer qadağası qoyub.

Türkiyə klubu cəza ilə bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edəcək.
 

writer photo
Əlirza Əlirzalı
0