“Arsenal”ın futbolçuları millidən kənar qaldı
10.09.2022 - 17:48
“Arsenal”ın futbolçuları millidən kənar qaldı

Braziliya milli komandasının sentyabrdakı yoldaşlıq oyunları üçün açıqlanan heyəti gözlənilməz olub.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Tite İngiltərə “Arsenal”ının iki oyunçusuna dəvət göndərməyib.

Premyer Liqanın liderinin üzvləri hücumçu Qabriel Jezus və müdafiəçi Qabriel Maqalyans heyətə daxil edilməyib. Hərçənd forvard ötən ayın ən yaxşısı adına namizədlər sırasında da olub.

Qeyd edək ki, Braziliya millisi sentyabrın 23-də Qana, dörd gün sonra Tunislə qarşılaşacaq.
 

writer photo
Əlirza Əlirzalı
0