"Arsenal"ın futbolçusu “Bavariya”nın təklifini rədd etdi
24.11.2023 - 20:37
"Arsenal"ın futbolçusu “Bavariya”nın təklifini rədd etdi

"Bavariya” "Arsenal"ın futbolçusu Takehiro Tomiyasunu heyətinə qatmağa qərar verib.

Apasport.az xəbər verir ki, Almaniya klubu onun transferini yanvarda gerçəkləşdirmək istəsə də, futbolçu İngiltərədə qalmağa üstünlük verib.

Tomiyasu "Arsenal"da qalmaq fikrində qətidir. Lakin münhenlilər onu razı salmaq üçün danışıqları davam etdirir. “Topçular” da 25 yaşlı oyunçusunu heyətində saxlamaq istəyir.

Qeyd edək ki, yaponiyalı 2021-ci ildən London klubunda forma geyinir.

writer photo
Əlirza Əlirzalı
0