Domeniko Tedesko: “Azərbaycan önə keçsə, hər şey başqa cür olacaq” - MÜSAHİBƏ
08.09.2023 - 14:26
Domeniko Tedesko: “Azərbaycan önə keçsə, hər şey başqa cür olacaq” - MÜSAHİBƏ

“Kevin De Bruyne sabah olmayacaq. Onu birbaşa əvəzləmək mümkün deyil”.

Apasport.az xəbər verir ki, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko deyib.

37 yaşlı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycanla sabah keçiriləcək oyunundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, “Mançester Siti”nin oyunun izləyəndə də, aparıcı deyirdi ki, Kevinin yoxluğu hiss edilir: “Bizim üçün də eyni vəziyyətdir. Kollektiv şəkildə oynayaraq onun yoxluğunu hiss etdirməməliyik. Həmin mövqedə oynayan oyunçu da düzgün anda, düzgün qərarlar verməlidir. Kreativliyi də çox önəmlidir.

- Romelu Lukaku sabah oynayacaq?
- Bəli. Doğrudur, kifayət qədər məşq etməyib. Amma fərdi məşqlər edir. Sabaha hazırdır. Ona dəstəyimiz var. Komandanın kapitanıdır. 

- Meydanın vəziyyəti nə yerdədir? Zədə almaq ehtimalı kifayət qədərdir?
- Şərtləri olduğu kimi qəbul etməliyik. Yaxşı ki, bir gün əvvəl gəldik, hər şeyi gördük. Tək meydanı yox, paltardəyişmə otağını da. Sabah meydanda çox enerji sərf etməliyik. Digər məsələlərə isə enerji sərf etməməliyik. Bununla bağlı bir dəqiqə danışdıq. Sonra da məsələni bağladıq. 

- Lukaku 90 dəqiqə oynamağa hazırdır?
- İnanmıram. Hələ ki, 90 dəqiqə oynamaq onun üçün tezdir.

- Sabahkı matçla bağlı düşüncələriniz necədir? Asan qələbə olacaq, yoxsa necə?
- Açığı, həmişəkindən daha çox gərginəm. Müsahibələri oxuyuram, artıq çoxları deyir ki, Avropa çempionatına vəsiqəni qazanmışıq. Bu, düzgün deyil. Mənim stilimdə olmayan bir şeydir. 
Oyunçulara da deyirəm ki, doğru deyil, biz oyunlara köklənməliyik, qalib gəlməliyik. Azərbaycan millisini təhlil etmişik. Doğrudur, İsveçə 0:5 uduzublar. Amma girib detallara baxanda, Azərbaycan ilk yarıda daha çox topa sahib olub. Bir qol vursaydılar, başqa cür alınardı. Sabah Azərbaycan hesabda 1:0 hesabı ilə önə keçsə, hər şey başqa cür olacaq. Onların heyətində Ramil Şeydayev kimi futbolçu var ki, istənilən klubda oynaya bilər. Mentalitet çox önəmlidir ki, nəticəni əldə edəsən.
 

writer photo
Əlirza Əlirzalı
0