“Arsenal”ın hücumçusu İspaniya nəhənglərinin hədəfində
27.10.2023 - 17:32
“Arsenal”ın hücumçusu İspaniya nəhənglərinin hədəfində

“Real” və “Barselona” Qabriel Jezus üçün mübarizə aparır.

Apasport.az xəbər verir ki, La Liqa klubları hücumçunun Çempionlar Liqasında “Sevilya”ya qarşı görüşdə göstərdiyi performansı bəyənib. 

O, 2022-ci ildə “Mançester Siti”dən “Arsenal”a 45 milyon avro qarşılığında transfer olunub. Braziliyalı futbolçu forma geyindiyi 33 matçda 12 dəfə rəqib qapılarına yol tapıb. 

Qeyd edək ki, 26 yaşlı forvard Çempionlar Liqasında “Sevilya”ya 2:1 hesablı qalib gəldikləri oyunda 1 qol, 1 asisstlə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0